
Filmə çəkilmək vədi ilə İtaliyanın Milan şəhərinə dəvət edilən 20 yaşlı model mafiya qruplaşması tərəfindən qaçırılıb.
Gununsesi.info xəbər verir ki, adı açıqlanmayan ingilis model bir həftə boyunca girov saxlanılıb.
Bu müddət ərzində ona narkotik maddə verildiyi bildirilib.
Hətta model satışa çıxarılacağı ilə bağlı təhdid edilib.
“Görüş yerinə getdikdə qadına xüsusi maddə veriblər və o huşunu itirib. Əlləri, ayaqları və ağzı bağlı şəkildə avtomobilin yük yerinə qoyulan qadın 2.5 saat o vəziyyətdə qalıb. Daha sonra onu boş bir ofisə gətiriblər. Köməksiz vəziyyətdə olan qadının fotoları pornoqrafik saytlara yüklənib. “Qara ölüm” adlı qruplaşma modelin meneceri ilə əlaqə yaradaraq 300 min dollar qarşılığında qadının xilas edəcəklərini bildirib”, – deyə şəhər polisinin verdiyi açıqlama deyilib.
Qeyd edək ki, məsələ ilə bağlı hələ ki, İngiltərədə yaşayan 30 yaşlı polyak əsilli Herba Lukaz Pavel saxlanılıb.
Gununsesi.info