SOCAR-ın Təhlükəsizlik İdarəsi şəhid övladlarını diqqətsiz qoymadı

  • By admin
  • 25 May 2021 20:09

Daha iki şəhidimizin ailə üzvləri işlə təmin olunub.

Bu barədə SOCAR-ın Təhlükəsizlik İdarəsindən məlumat verilib.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhid Tural Dəmirçiyevin qardaşı İsabala Dəmirçiyev və şəhid Səmural Fətəliyevin qardaşı Təhməz Fətəliyev işlə təmin olunub. Onlar şəhid qardaşlarının çalışdığı SOCAR-ın Təhlükəsizlik İdarəsində işə götürülüb.

Xatırladaq ki, şəhid Tural Dəmirçiyev və Samurəl Fətəliyev Vətən müharibəsi başlayan zaman səfərbərliyə cəlb olunublar və hər ikisi eyni gündə – oktyabrın 5-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

Qeyd edək ki, şəhid ailəsi üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına SOCAR-ın Təhlükəsizlik İdarəsində xüsusi diqqət yetirilir. Hazırda idarədə şəhid ailələri ilə yanaşı 52 müharibə iştirakçısı da çalışır.

Şəhid Tural Dəmirçiyevin qardaşı İsabala Dəmirçiyev

Şəhid Səmural Fətəliyevin qardaşı Təhməz Fətəliyev

Gununsesi.info