Somali paytaxtında partlayış törədilib, 35 nəfər ölüb

  • By admin
  • 19 Fevral 2017 19:20

ed319d56cdacf800d893ce6b8d1b39c5

 

Bu gün Somalinin paytaxtı Moqadişoda törədilən partlayışda ən azı 35 nəfər ölüb, 40 nəfər yaralanıb.

APA-nın “Deutsche Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölənlər arasında ən azı 10 qadın, o cümlədən uşaqlar var.

Şəhər dairəsinin rəhbəri Əhməd Afraks partlayışın bomba yüklü yük maşını ilə törədildiyini bildirib. Hələ ki, heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, Somalidə “Əl-Qaidə” terror təşkilatı ilə sıx əlaqədə olan “Aş-Şabab” radikal qruplaşması fəaliyyət göstərir. “Aş-Şabab” hökumətlə silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.

 

Gununsesi.info