Somalidə silahlılar hotelə hücumu çəkdi – 5 nəfər öldürüldü

  • By admin
  • 11 Dekabr 2019 12:57

Somalinin paytaxtı Moqadişo şəhərində Prezident Sarayının yaxınlığında yerləşən “Hotel SYL” mehmanxanasına “Əş-Şabab” terror təşkilatından bir qrup silahlısı tərəfindən edilən hücum nəticəsində azı 5 nəfər, o cümlədən təhlükəsizlik qüvvələrinin 2 əməkdaşı ölüb.

Gununsesi.org “Report”-a istinadla xəbər verir ki, bu barədə yerli polis tərəfindən yayılan açıqlamasında deyilir.

“France Presse” agentliyinin məlumatına görə, terror hücumu zamanı 11 nəfər yaralanıb və hücumun qarşısı alınıb.

Gununsesi.org