Sərhəd Xidmətinin əsgəri intihar edib

  • By admin
  • 11 May 2022 12:05

10 may 2022-ci il tarixində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Hərbi Prokurorluğun mətbuat katibi Firad Əliyev Gununsesi.info-ya bildirib.

Onun sözlərinə görə, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, izahatlar alınmış, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri hərəkətlər yerinə yetirilmişdir.

Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir.

Gununsesi.info