SON DƏQİQƏ: Xəzərdə insan qalıqları aşkarlandı

  • By admin
  • 03 Dekabr 2021 18:52

“Xəzər dənizində, “Qərbi Azəri” platformasının yaxınlığında 200 metrə yaxın dərinlikdə aşkarlanan insan qalıqları və sümüklərlə bağlı fakt Baş Prokurorluğunun İstintaq idarəsində istintaq edilir”.

Bu barədə Gununsesi.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, hazırda İdarədə ölən şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

Gununsesi.info