SON DƏQİQƏ: Xarkovda Ukrayna hərbçiləri əks hücuma keçdi - RUSLAR QAÇDI

  • By admin
  • 09 Mart 2022 14:10

Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələri əks-hücuma keçib, nəticədə rusların bir hissəsi meşəyə qaçıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Xarkov Regional Dövlət Administrasiyasının sədri Oleq Sinequbovun Teleqram kanalında məlumat verib.

“Hərbçilərimiz Derqaçey istiqamətində düşmənə növbəti zərbəni endirib. Gecə saatlarında Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Milli Qvardiyasının və “Teroboroni” bölmələri ilə birlikdə artilleriya mövqelərinə və çoxsaylı yaylım atəş sistemlərinə qarşı əks hücuma keçib. Xarkov şəhərinin kənarlarını sistemli şəkildə atəşə tutan düşməni geri oturdublar”, – deyə o bildirib.

Uğursuz müqavimətdən sonra düşmən ağır silahlarını, hərbi texnikalarını tərk edərək qaçıblar.

“Düşmən şəxsi heyətinin bir hissəsi Belqorod istiqamətində meşələrə qaçıb. Yerli əhalidən xahiş edirik ki, diqqətli olsunlar və mümkünsə axtarışlara töhfə versinlər”, – Regional Dövlət Administrasiyasının sədri qeyd edib.

Gununsesi.info