SON DƏQİQƏ: Azərbaycan Ordusu anti-terror əməliyyatları keçirəcək – POLKOVNİK AÇIQLADI

  • By admin
  • 28 Dekabr 2020 17:02

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Gununsesi.org xəbər verir ki, erməni təxribatı ilə bağlı redaktor.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov belə hadisələrin gözlənilən olduğunu bildirib:

“Əlbəttə, bu halların olması istisna deyildi. Biz müharibəni apardıq və qələbə qazandıq. Qələbəmiz nəticəsində işğalçı qüvvələrin bir qismi Azərbaycan ərazisində qovuldu, bir qismi də məhv edildi. Artıq ölkəmizin ərazi bütövlüyü tam şəkildə bərpa edilib, dövlət sərhəddimiz nəzarətə götürülüb. Artq təmas xətti yoxdur. Ancaq ərazi bütövlüyümüz bərpa etməmiz o demək deyil ki, terrorçu qruplaşmalar öz çirkin, təxribat xarakterli əməllərindən əl çəkəcək.

Dağlıq Qarabağın ətrafında maraqlı qüvvələr var, bunların əksəriyyəti də erməni diasporalarının maliyyələşdirdiyi terrorçulardır. Həmin terror qruplaşmalarının ərazidə qalmalarını məhz onlar təmin edirlər. Onların oradan tamamilə çıxarılması üçün zaman lazımdır.

Həmçinin, Dağlıq Qarabağda erməniləin  partizan qruplarının da olduğu şübhəsizdir. Onlar belə təxribtlar törətmək üçün xüsusi hazırlaşıblar”.

Ekspert hər zaman post-müharibə dövründə belə halların baş verdiyini bildirib:

“Bütün müharibələrdən sonra bir müddət belə hadisələr yaşanıb. Çünki müharibədən sonra sülhü və sabitliyi təmin ütmək üçün zaman lazımdır. Bu, qısa zamanda olan iş deyil.

Nəzərə almaq lazımdır ki, Azərbaycan torpaqları ümumilikdə işğalçılardan azad olunub, amma hələ də ərazi minalardan tam təmizlənməyib, meşələrdə, zirzəmilərdə terrorçular hələ də var. Təhlükəsizlik məsələlərinin təmin edilməsi üçün vaxt lazımdır. Üstəlik, bu vaxtın uzanmasında kifayət qədər maraqlı olan qüvvələr var. Həmin qüvvələr Rusiya sülhməramlıları ilə Azərbaycan arasında narazılıq yaratmağa da çalışırlar”.

Ş.Ramaldanov Qarabağda olan bütün terrorçuların aşkarlanıb, məhv ediləcəyini qeyd edib:

“Hazırda həmin terrorçu qüvvələrin aşkarlanıb, məhv edilməsi istiqamətində işlər davam edir. Biz atəşkəs rejiminə keçsək də, bu istiqamətdə işlər sona qədər aparılacaq. Azərbaycan Ordusu son terrorçunu da tapıb, məhv edəcəkdir. Hər şey nəzarət altındadır və nə lazım olsa ediləcək. Burada terrorçulara heç bir güzəşt edilməyəcək. Qısa zamanda güc sturukturlarımız anti-terror əməliyyatları ilə düşmənin bütün silahlı terrorçularını məhv edib ərazidə sabitliyi bərpa edəcəkdir”.

Gununsesi.org