SON DƏQİQƏ! Təhsil Nazirliyindən ÖNƏMLİ AÇIQLAMA

  • By admin
  • 12 Yanvar 2021 16:26

Fevralın 1-dən tələbələrin köçürülməsi prosesi başlanılır.

 

Təhsil Nazirliyindən Gununsesi.org-a  verilən məlumata görə, elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək.

Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən bugünədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib.

Gununsesi.org