Son sutkada 74 mindən çox peyvənd vurulub

  • By admin
  • 27 Avqust 2021 17:38

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 74 220 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Gununsesi.info-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 691, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 529 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 493 757, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 929 404, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 564 353 təşkil edir.