Sosial şəbəkədə APA TV-yə qarşı təxribat

  • By admin
  • 09 Noyabr 2022 11:36

Xaricdən idarə olunan, Azərbaycana qarşı
daim dezinformasiya, feyk xəbər hazırlamaqla məşğul olan dəstələr bu dəfə çirkin niyyətlərini APA TV-yə münasibətdə göstəriblər.

Belə ki, APA TV-nin müxtəlif süjetlərini montaj edərək, dezinformasiya “süjeti” hazırlayaraq, bunu yayıblar. Bu işdə xüsusilə fərqlənənlər isə hər zaman radikal anti Azərbaycan dəstələrin
üzvləridir.

APA TV məlumat və görüntülərindən bu çirkin
istifadəni pisləyir, sosial şəbəkə istifadəçilərini
bu cür təxribatlara qarşı diqqətli olmağa çağırır.

Artıq bir müddətdir ki, sosial şəbəkələrdə radikal irançı dəstələrin APA Media Qrupun rəhbərliyinə və ayrı-ayrı əməkdaşlarına qarşı apardığı təhqir, söyüş və təhdid kampaniyası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. APA TV yə qarşı bu təxribatı da eyni kampaniyanın davamı hesab edirik.

Gununsesi.info