Sosial şəbəkələrə giriş məhdudlaşdırıldı - SƏBƏB

  • By admin
  • 07 Mart 2018 20:22

Şri-Lanka hökuməti ölkədə davam edən zorakılıq dalğası ilə əlaqədar sosial şəbəkələrə, xüsusilə də “Facebook”, “Instagram” şəbəkələrinə və “WhatsApp” messencerinə girişi məhdudlaşdırıb.

Gununsesi.info xəbər verir ki, bu qərar “nifrət dolu çıxışların” qarşısının alınması üçün atılıb.

Qeyd olunur ki, iğtişaşların davam etdiyi Kandi əyalətində sosial şəbəkələrdəki yazılar nəzarətə alınıb.

Bundan başqa, bölgədə internetə giriş də məhdudlaşdırılıb.

Xatırladaq ki, bu həftənin əvvəlində Şri-Lanka hökuməti ölkədə 10 günlük fövqəladə vəziyyət elan etmişdi.

Gununsesi.info