
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədə aparılmış bir araşdırma gənclərin sosial şəbəkələrin təsiri ilə botoks və müxtəlif estetik əməliyyatlara meyil etdiklərini ortaya çıxarıb. Araşdırmanı həyata keçirən Nuffield Bioetik Şurası gənclərə qeyri-qanuni plastik əməliyyatlardan uzaq olmaları barədə xəbərdarlıq edib.
Nuffield Bioetik Şurası 9 yaşdan aşağı uşaqların makiyaj edilib videolarının çəkilməsinə və estetik cərahiyyəni əks etdirən mobil oyunlara da öz etirazını bildirib. Mütəxəssislər belə düşünür ki, bu cür oyunlar gənclərə mənfi təsir göstərir və onlar öz üzlərini, yaxud vücudlarını bəyənmirlər. Nəticədə gənclər daha yaxşı görünmək üçün müxtəlif estetik cərrahiyyə əməliyyatlarına can atırlar.
Şuranın bu araşdırmasına rəhbərlik edən Mançester Universitetinin professoru Canet Eduard döymə vurdurmaq üçün də qanuni yaşın olduğunu bildirib.
Gununsesi.info












