Şotlandiya müstəqilliyə yenidən can atır - MİLLƏTÇİLƏR REFERENDUM TƏLƏBİNDƏ

  • By admin
  • 30 Aprel 2019 15:27

Bu ilin may ayında Şotlandiyanın separatçı Şotlandiya Milli Partiyası Böyük Britaniyadan ayrılmaq barədə qanun layihəsi hazırlayacaq.

Gununsesi.org  xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Şotlandiyanın birinci naziri Nikola Stercen partiyanın Edinburq şəhərində keçirilən qurultayında bəyan edib.

“Şotlandiyanın müstəqil olmaq vaxtı gəlib çatıb. Bizim müstəqil gələcəyimizi müəyyən etmək haqqımız var. Gələn ay biz referendumla bağlı yeni qanun layihəsini təqdim edəcəyik və onu ilin sonuna qədər qəbul etməyi planlaşdırırıq, – deyə şotland siyasətçi bildirib.

Şotland millətçilərinin liderinin sözlərinə görə, yeni səsvermə 2014-cü ildə keçirilən və separatçıların məğlubiyyəti ilə nəticələnən referendumdan fərqlənəcək.

“Həmin vaxtkı Böyük Britaniya artıq mövcud deyil. Bizim yanaşma tərzimiz fərqli olmalıdır”,-deyə şotland nazir artıq iqtisadi səbəblərin önə çəkiləcəyini anons edib.

Nikola Stercen müstəqilliyin “şotland ailələrin kasıblığına gətirib çıxaran “rüsvayçı Vestminster sisteminə də son qoyacağını” söyləyib.

“Bizim iqtisadi və sosial ambisiyalarımız yalnız müstəqil Şotlandiyanın Avropa Birliyinə üzvlüyü halında reallaşa bilər”,-deyə separatçı lider qeyd edib.

Şotlandiyanın birinci naziri “Breksit”in bu qərarın verilməsində təsiri olduğunu gozlətməyib. Xatırladaq ki, “Breksit” referendumunda Şotlandiya bölgəsinin əksəriyyəti onun əleyhinə, yəni Böyük Britanyanın vahid qalmasının lehinə səs vermişdi.

Müşahidəçilərin fikrincə, yeni referendumda separatçılarn niyyətinə çatmaq şansı əvvəlki illərə nisbətən daha çoxdur.