
Türkiyənin ən məşhur şoumenlərindən biri Mehmet Əli Erbil qumarda 505 min 500 TL pul udub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, şoumenin hadisə istirahat etmək üçün getdiyi Şimali Kipr Türk Respublikasında (KKTC) baş verib.
Belə ki, Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən “Girne Rocks” otelin kazinosunda “Jackpot” adlı oyunda bəxtini sınayan şoumen bir anda əldə etdiyi pulla Kipr qumarxanalarında ən yüksək məbləğdə pul udan şəxs olub.
Anar
Gununsesi.info