
Rusiyanın Lenin adına sovxozun direktoru Pavel Qrudini 2018-ci ilin martında keçiriləcək prezident seçkilərinə Rusiya kommunistlərinin namizədi kimi iştirak etməyə hazır olduğunu bəyan edib.
Gununsesi.info tass-a istinadən xəbər verir ki, Rusiya Kommunist Partiyası 2018-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində partiyanın namizədi kimi Lenin adına sovxozun direktoru Pavel Qrudinin namizədliyini vermək niyyətindədir.
Məsələyə mövqeyini açıqlayan P.Qrudni deyib ki, əgər komunistlər namizədliyini dəstəkləyərsə, 2018-ci ildə keçiriləcək seçkilərdə iştirak etməyə hazırdır: “Birincisi, onların mənim namizdəliyimi irəli sürməsi fakt deyil. İkincisi, əgər kommunistlər mənim namizədliyimi irəli sürərsə, əlbəttə ki, seçkilərdə iştiraka hazıram”.
Qeyd edək ki, Rusiya komunistlərinin lideri Gennadiy Züqanov P.Qrudninin namizədliyinin irəli sürülüməsi məsələsi partiyada qızğın müzakirə olunur. Züqanov əlavə edib ki, yekun qərar partiyanın qurultayının olacaq.
Gununsesi.info












