Soyğunçu vətəndaşı camaatın gözü qarşısında soydu - Boğazından boyunbağını götürüb qaçdı

  • By admin
  • 18 Avqust 2016 13:20

boyunbagi

Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən vətəndaş ona məxsus üzərində olan boyunbağının tanımadığı şəxs tərəfindən zorla boğazından qoparılaraq oğurlandığını bildirib.

Rayon polis idarəsindən Gununsesi.info-ya verilən məlumata görə əməliyyatçılarının keçirdiyi əməliyyat tədbirləri zamanı qadına qarşı soyğunçuluqda şübhəli bilinən Rəşad Kərimov saxlanılıb. İdarədə dindirilən Rəşad törətdiyi cinayəti səmimi etiraf edib. Çörək mağazalarının birində işləyən Rəşadın sözlərinə görə səhər saatlarında tanımadığı qadına qarşı soyğunçuluq hadisəsi törədib. Daha sonra Rəşad paytaxtda yerləşən qızıl dükanlarından birinə gedərək boyunbağını 1000 manata sataraq xərcləyib. Artıq onun barəsində cinayət işi başlanıb araşdırma aparılır.

Sözü gedən şəxsin cinayət əməllərindən zərərçəkənlər varsa Bakı Şəhər Baş Polis İdarəsinə və Nərimanov RPİ-nə müraciət etmələri xahiş olunur.

Gununsesi.info