Soyuq müharibədən sonra ən təhlükəli dövrdür – BORRELL

  • By admin
  • 07 Fevral 2022 22:12

Avropadakı mövcud təhlükəsizlik vəziyyəti Soyuq müharibədən bəri ən çətin durumdadır, lakin diplomatiyanın gücünə inanırıq.

Gununsesi.info  xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Josep Borrell deyib.

“Biz Ukrayna-Rusiya sərhədində artan risklərlə bağlı dərin narahatlığımızı bölüşürük. Məncə, biz Soyuq müharibənin bitməsindən bəri ən təhlükəli dövrləri yaşayırıq, lakin eyni zamanda diplomatiya üçün hələ də şansın olduğuna inanmağa davam edirik”, – Borrell vurğulayıb.

Gununsesi.info