“Space”nin məşhur aparıcısı kanalı tərk etdi - SƏBƏB

  • By admin
  • 03 Yanvar 2018 18:00

Bir müddət əvvəl ARB TV ilə yollarını ayıran, daha sonra “Space”də layihəsi ilə efirə qayıdan Zümrüd Qasımova işdən çıxıb. 

Gununsesi.info xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, teleaparıcı ötən ilin dekabr ayında kanalla yollarını ayırmaq qərarına gəlib.

Onun müəllifi olduğu “Zümrüd və Suat şou” adlı layihəsi də yayımdan qaldırılıb.

Məlum olub ki, Z. Qasımova öz istəyi ilə verilişini bağlayıb.


Gununsesi.info