
Milli Məclisin (MM) payız sessiysının növbəti sessiyası öz işinə balşayıb.
Gununsesi.info xəbər verir ki, parlamentin bu gün keçirilən iclasına 27 məsələ daxil edilsə də, MM-in sədri Oqtay Əsədov bildirib ki, 4-cü və 5-ci məsələlər gündəlikdən çıxarılıb və növbəti iclasın gündəliyinə salınacaq. Artıq bu məsələ aidiyyatı komitənin rəhbərliyi ilə razılaşdırılıb. 4-cü və 5-ci məsələdə Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulurdu.
Qeyd edək ki, adıçəkilən məcəllələrdə nəzərdə tutulan dəyişikliklər “Dini etiqad azadlığı haqqında” qanunu pozan şəxslərə qarşı cəzaların sərtləşdirilməsini nəzərdə tutur.
Mürtəza
Gununsesi.info











