Qadın əlini uzatdı, prezident ona salam vermədi, pərt etdi – VİDEO

  • By admin
  • 05 Fevral 2020 10:38

ABŞ Prezidenti Donald Tramp ötən gün konqresdə Amerika və dünyadakı vəziyyətlə bağlı görüşlərindən bəhs edən “Ölkənin vəziyyəti haqqında” illik müraciətini səsləndirib.

Gununsesi.org-un “Röyters”ə istinadən verdiyi xəbərə görə, palatanın spikeri Nensi Pelosi (Kaliforniya ştatından olan demokrat) Trampın müraciətindən sonra onun çıxışının mətnini cırıb.

Bildirilir ki, Tramp müraciət mətninin bir nüsxəsini çıxışından bir neçə dəqiqə əvvəl Pelosiyə verib. O anda spiker Trampa əl uzadıb, lakin prezident ona əl verməkdən imtina edib. Öz növbəsində, Pelosi bir neçə dəqiqə sonra Trampı millət vəkillərinə təqdim edərkən quru şəkildə deyib: “Konqres üzvləri, ABŞ prezidenti”.

Tramp nitqini başa çatdırdıqdan sonra onun arxasında dayanan Pelosi sənədləri masadan götürərək parçalayıb.

“Əldə edilən alternativlər verildiyi təqdirdə gözəl oldu”, – deyə Pelosi jurnalistlərə hərəkətinin səbəblərini şərh edərkən bildirib.

Xatırladaq ki, KİV-də Zelenski ilə Trampın danışıqları zamanı ABŞ-da prezident seçkilərinin gedişinə müdaxilə etməyi nəzərdə tutan təlimat olduğu iddia edilmişdi. Trampın rəqibi Co Baydenin oğlu Hanter Bayden əleyhinə araşdırmalar aparılmasını tələb etdiyi bildirilirdi.  Bu səbəbdən də Nümayəndələr Palatası 24 sentyabrda ABŞ Prezidentinə qarşı impiçment elan etmişdi.

Ötən gün ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Trampın impiçmenti üzrə iki maddəyə (“Səlahiyyətləri aşma” və “Konqresin işinə mane olma”) səs verib. Bununla da Tramp ABŞ tarixində barəsində impiçment (yüksək vəzifəli şəxsi məsuliyyətə cəlbetməyin yolu) elan edilən üçüncü prezident olub.