Spiker türkiyəli və çexiyalı həmkarları ilə görüşüb

  • By admin
  • 17 Sentyabr 2016 12:04

oqtayyyyyy

Sentyabrın 16-da Strasburqda Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun AŞPA-ya üzv dövlətlərin parlament sədrlərinin toplantısında iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman və Çexiya parlamentinin sədri Yan Hamaçek ilə görüşləri olub.

Milli Məclisdən Gununsesi.info-ya verilən məlumata görə, görüşlərdə ölkələr arasında münasibətlərin, xüsusilə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə müzakirələr aparılıb.

Tərəflər konfransda müzakirə olunan məsələlər haqqında fikirlərini bölüşüblər.

Anar

Gununsesi.info