Stalinin nəvəsi məhkəməyə müraciət etdi.

  • By admin
  • 10 Oktyabr 2016 16:37
stalin
İosif Stalinin nəvəsi Yevgeniy Cuqaşvili Moskva şəhər məhkəməsinə müraciət edərək,  10-cu sinif şagirdləri üçün yazılmış  Tarix kitabının müəllifi barədə cinayət işinin qaldırılmasını tələb edib.
Gununsesi.info “Ria.ru”-ya istinadən xəbər verir ki,  Stalinin nəvəsi Y.Cuqaşvilinin məhkəməyə müraciət etməsinə səbəb  kitabda  Smolensk vilayətində Katın meşəsində baş verən qətliamın Mərkəzi Komitənin əmri ilə həyata keçirildiyi  qeyd olunub. Belə ki, kitabın müəllifləri Smolensk yaxınlığındakı Katın meşəsində 11 mindən artıq əksəriyyəti polşalı zabit-girovlarınn kütləvi qətliamının günahkarı  nasist Almaniyası, onun təşkilatçılarının  Qerinq və Alferd Yodlayanın olmasını inkiar edirlər. Kitab müəlliflərinin yazdığına görə, Katın meşəsindəki qətliam SSRİ Siyasi Bürosunun  əmri ilə həyata keçirilib.
Bununla belə Moskvanın Ostankino rayon məhkəməsi Stalinin nəvəsinin məsələ ilə bağlı cinayət işinin qaldırılmasına müsbət cavab verməyib.Bundan sonra Stalinin nəvəsi Y. Cuqaşvili daha yeksək məhkəmə nstansiyalarına müraciət edəcək.
Gununsesi.info