Statistika İdarəsinin rəisi vəfat edib

  • By admin
  • 24 Avqust 2016 13:38

statistika1

Yardımlı Rayon Statistika İdarəsinin rəisi vəfat edib.

Gununsesi.info Report.az-a istinadən xəbər verir ki, idarə rəisi  Marifət  Məşan oğlu Ağaverdiyev 61 yaşında dünyasını dəyişib.

Rayonun tanınmış ziyalılarından olan M.Ağaverdiyev Yardımlı rayonunun Koryədi kəndində dünyaya gəlib. 2007-ci ildən Rayon Statistika İdarəsinə rəhbərlik edib. Mərhumun yaxınlarının verdiyi məlumata görə,  M.Ağaverdiyevin  səhhətində uzun müddət problem olub və bu səbəbdən dünyasını dəyişib.

 

Gununsesi.info