Ştaynmayer Türkiyəyə gedir – Kütləvi həbslərə görə

  • By admin
  • 10 Noyabr 2016 20:12

14596051564826430019_1000x669

 

Almaniyanın Xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer Türkiyəyə səfər edəcək.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ştaynmyaer Almaniya Federal Məclisində çıxışı zamanı Türkiyədə 15 iyuldan sonra kütləvi həbslərin baş verdiyini xatırladaraq “Bu insanların həqiqətən də qiyam və ya terrorla əlaqəsi var idimi? Türkiyə hökumətinin bu qərarı hüquqi dövlətin qanunları ilə uzlaşırmı?” deyə söyləyib və bu suallara cavab tapmaq üçün noyabrın 14-də Ankaraya gedəcəyini bildirib.

 

Gununsesi.info