Stoltenberq Azərbaycandan Gürcüstana gedəcək

NATO-nun baş katibi Yens Stoltenberq bu gün Gürcüstana səfər edəcək.

 

Gununsesi.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, onun yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.

 

Ətraflı Belə ki, Stoltenberq Gürcüstanın baş naziri İrakli Kobaxidze və prezident Salome Zurabişvili ilə görüşəcək.

 

Qeyd edək ki, Stoltenberq Tiflisə Bakıdan gedəcək. Gürcüstandan sonra isə danışıqlar üçün Ermənistana səfər edəcək.

 

 

Gununsesi.info