Stoltenberq Gürcüstanın NATO-ya üzv olacağını açıqladı

  • By admin
  • 12 İyul 2018 12:40

Stoltenberq Gürcüstanın NATO-ya üzv olacağını açıqladı

NATO rəsmisi Yens Stoltenberq Gürcüstanla bağlı mühüm açıqlama verib.

Gununsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, Şimal Alyansının baş katibi bildirib ki, Gürcüstan gələcəkdə NATO-ya üzv olacaq. Onun sözlərinə görə, Gürcüstanın alyans üzvü olması məsələsi iyunun 11-i müzakirə olunub: “Biz Gürcüstanın avroatlantikaya qoşulmaq istəyini tam dəstəkləyirik. Ölkə NATO-ya üzv olacaq”.

Qeyd edək ki, 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulan NATO-ya (Şimali Atlantika Müqaviləsi Təşkilatı) 28 ölkə üzvdür. Bu ölkələrdən biri də qonşu Türkiyədir.