Stolüstü tennisçimiz bürünc medal qazandı

  • By admin
  • 19 May 2017 17:33

9dda224a-0c05-48a1-828b-df425d22990a1495199759

Azərbaycanın stolüstü tennis yığması IV İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. 

Gununsesi.info xəbər verir ki, qadınların fərdi mübarizəsində Miao Vanq bürünc medala sahib olub.

O, 3-cü yer uğrunda görüşdə iranlı Neda Şahsavariyə qalib gəlib – 4:1 (13:11, 11:3, 8:11, 11:7, 19:17).

Qeyd edək ki, saat 17:00-da Azərbaycanın daha bir qadın stolüstü tennisçisi Jinq Ninq final görüşünə çıxacaq. O, türkiyəli Melek Hu ilə qarşılaşacaq.