
Sumqayıt şəhər Corat qəsəbə sakini Elçin Məmmədov Abşeron rayon polis idarəsinin əməliyatçıları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Gununsesi.info xəbər verir ki, Məmmədov aşkarlanan narkotik maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirib. Aparılan söhbətlər zamanı o, narkotik alüdəçisi olduğunu və narkotik maddələrə olan təlabatını ödəmək üçün bir neçə dəfə oğurluq etdiyini etiraf edib. Saxlanılan şəxsin sözlərinə görə bir neçə dəfə yeni inşha edilən binalardan mis kabellər aparıb. Elçin Məmmədov eyni əmələ görə əvəllərdə iki dəfə məhkum olunduğunu bildirib.
Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsində başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.
Gununsesi.info












