Sudanın hökumət başçısına sui-qəsd olub - VİDEO

  • By admin
  • 09 Mart 2020 16:45

Sudanda naməlum şəxslər baş nazir Abdullah Hamduka qarşı sui-qəsd həyata keçiriblər.

Gununsesi.org bildirir ki, bu barədə “Haber Global” məlumat yayıb.

 Bildirilir ki, onun kortejinə bomba quraşdırılmış avtomobillə hücum olub.

Hadisə paytaxt Hartumun mərkəzində baş verib. Hücum nəticəsində bir nəfər yaralanıb.

Məlumata görə, baş nazir sağdır və təhlükəsiz yerə aparılıb.

Gununsesi.org