“Sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edirik”

“KTMT Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir”.

Gununsesi.info “Belta”ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mütəmadi olaraq danışıqlar aparılır və o bu yaxınlarda Avropada danışıqların növbəti raundunu xatırladıb:

“Bu danışıqların sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağına və tərəflərin sərhədlərin delimitasiyasına başlayacağına ümid edirik”.