Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Penitensiar Xidmətdən narazıdır - MƏHBUSLAR PROSESLƏRƏ APARILMIR

  • By admin
  • 02 Noyabr 2022 11:08

Son zamanlar Sumqayıt Ağır Cinayətlər Məhkəməsində cinayət işləri ilə bağlı proseslərin keçirilməsində ciddi problemlər yaranıb.

Bu barədə Gununsesi.info-nu məhkəmə hakimlərindən biri məlumatlandırıb.

Adının çəkilməsini istəməyən məhkəmə hakimi deyib ki, Penitensiar Xidmətin həbsdə olan təqsirləndirilən şəxsləri Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirməməsi proseslərin davamlı şəkildə təxirə salınması ilə nəticələnir:

Bu da bizim proses qrafiqimizin pozulması,  məhkəmə proseslərinin aylarla uzanmasına səbəb olur.

Müdafiə tərəfinin vəkilləri buna görə məhkəməni günahlandırır, amma burada məsuliyyət Penitensiar Xidmətin üzərinə düşür”. 

Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqov isə Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirib ki, araşdırma zamanı belə bir halın mövcudluğu ortaya çıxmayıb.

Mətləb Yaqublu 

Gununsesi.info