Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub və piyada hadisə yerində ölüb.
Hadisə bağlı araşdırma aparılır.
Gununsesi.info












