Sumqayıt sakininə təcavüz edib öldürənə 20 İL HƏBS

  • By admin
  • 27 Fevral 2018 16:44

Sumqayıtda iki uşaq anasına qarşı quldurluq edib, sonra ona təcavüz edərək öldürməkdə təqsirli bilinən Fəttah Nuriyevə hökm oxunub.

Gununsesi.info xəbər verir ki, 29 yaşlı Fəttah Nuriyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il azadlıqdan məhrum edilib.

Fəttah Nuriyev Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq), 149.1-ci(zorlama), 1501.1 (seksual xarakterli hərəkətlər etmə), 120.2.6-cı (Zorlama və seksual xarakterli başqa zorakı hərəkətlə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinib.

Cinayət işinin materiallarına görə, Fəttah Nuriyev hadisəni sərxoş vəziyyətdə törədib. O, Sumqayıtda  dənizkənarı parkdakı “Göyərçin” abidəsinə tərəf gedəndə Sevda Nuriyevanı, onun üzərindəki qızıl-zinət əşyalarını görüb. Əşyaları ələ keçirmək üçün qadını bir xeyli izləyən Nuriyev uyğun şərait tapanda ona hücum edib. Hava qaranlıq olub, həmin ərazidə də işıq yanmırmış. Qadını yerə yıxdıqdan sonra onu kolların arasına aparan təqsirləndirilən şəxs üzərindəki qızıl-zinət əşyalarını açıb. Bundan sonra ona təcavüz edib. Səsi çıxmaması üçün qadının ağzını torpağa sıxıb, qarın nahiyəsinə vurulan zərbələr nəticəsində qadın orada dünyasını dəyişib.

Mərhum Sevda Bayramovanın yaxınları təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilməsini tələb edirdi.

Gülər

Gununsesi.info