Sumqayıt sakinindən ov tüfəngi götürülüb

  • Müəllif: admin
  • 19 May 2017 10:05

ov tufengi

Sumqayıt şəhər sakininin evinə baxış zamanı müvafiq sənədləri olmayan tüfənglər aşkar edilərək götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Adil Heydərovun evinə baxış zamanı müvafiq sənədləri olmayan “Belka” və “İJ-K-16” markalı tüfənglər aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info