Sumqayıtda 1200 abonentin qazı kəsiləcək

  • By Admin2
  • 06 Yanvar 2026 12:45

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 1200 abonentin qaz təchizatında fasilə olacaq.

“Azəriqaz” İB Sumqayıt QİS-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün qəsəbədə diametri 89 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, qəsəbədəki 1200 abonentin qaz təchizatı saat 13:30-dan etibarən müvəqqəti dayandırılacaq.

Təmir işləri başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Gununsesi.info