Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq ÖLDÜ

  • Müəllif: Firuzə
  • 07 İyun 2026 11:59

Sumqayıtda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb.

Belə ki, 59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır (Report).

Gununsesi.info