Sumqayıtda avtobuslar vahid kart sisteminə keçir - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 19 Aprel 2017 13:54

58f73db16cce8_1kartsumq

Bildiyimiz kimi son zamanlar şəhərimizdəki bəzi marşurut xətləri yenisi ilə əvəz olunub. Lakin marşurutların yenilənməsi sürüclərin avtobusları dayanacaqdan kənar saxlamalarına əngəl ola bilməyib. Bundan əlavə şəhər sakinlərini maraqlandıran digər məsələ avtobusların nə zaman kart sisteminə keçməsidir. 

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı xeberle.com Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Nəqliyyat” MMC-yə müraciət edib.
Qurumdan bildiriblər ki, avtobus sürücülərinin bu qanunsuz hərəkətləri onlara da məlumdur. Hazırda qaydaları pozan sürücülərə qarşı cəza tədbirləri planı hazırlanır. Bundan əlavə bildirildi ki, kart sisteminə keçidlə bağlı danışıqlar aparılır . Əgər şəhərimizin nəqliyyatında bu sistemə keçid baş tutarsa sürücülərin avtobusları dayanacaqdan kənar saxlamaları kimi problemlər də birmənalı olaraq həll olunacaq.
Gununsesi.info