Sumqayıtda binanın lifti qırıldı - XƏSARƏT ALANLAR VAR (FOTOLAR)

  • By admin
  • 21 Fevral 2018 10:02

Sumqayıt şəhərində çox mərtəbəli binanın lifti qırılıb, 3 nəfər ağır xəsarət alıb. 

Gununsesi.info report-a istinadən xəbər verir ki,  hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində 3 nəfər – 1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli ehtiyatsızlıqdan 8-ci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyikliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info