
Evi yanan ərsiz qadın 4 övladı ilə küçədə qalıb. Gununsesi.info xəbər verir ki, Sumqayıtda vətəndaşa məxsus ev yanaraq kül olub. Hadisə Corat qəsəbəsi Nəsimi küçəsi 455A ünvanında baş verib. Qəsəbə sakini Mətanət Əliyevanın evində güclü yanğın başlayıb. Hadisə yerinə çağırılan Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşını ala biliblər. Yanğın zamanı Mətanət Əliyeva və övladları evdə olmayıb. Zərərçəkənin sözlərinə görə, evi qəsdən yandırıblar. Belə ki, naməlum şəxs onun pəncərəsini sındırıraq evə od vurub.
Yanğının baş vermə səbəbləri Sumqayıt şəhər 1-ci polis bölməsində araşdırlır.