
Sumqayıtda yanğın qeydə alınıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 20 m2sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı 2011-ci il təvəllüdlü Vəliyev Mətləb Şahmar oğlunun yanmış meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 21:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info









