Sumqayıtda kafe və mağaza yandı

  • Müəllif: admin
  • 30 İyun 2017 15:00

neft terminali yangin

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində vətəndaşa məxsus bir dam altında tikilmiş ümumi sahəsi 1300 m2 olan kafenin və mağazanın yanar konstruksiyaları 350 m2 sahədə yanıb.

Digər bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 07:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar

Gununsesi.info