Sumqayıtda mənzildə kişi meyiti aşkarlanıb

  • By admin
  • 01 Oktyabr 2019 22:49

Sumqayıtda 37 yaşlı kişi meyiti tapılıb.

Gununsesi.org-un məlumatına görə, meyit şəhərin Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evlərinin birində aşkarlanıb.

Araşdırma zamanı həmin şəxsin 1982-ci il təvəllüdlü Əliyev Mehman Taraş oğlu olduğu müəyyən edilib. Onun narkotikdən öldüyü məlum olub.

 

Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org