
Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, qətlə yetirildiyi ehtimal olunan qadının 35 yaşlı Sevda Vidadi qızı Bayramova olması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gununsesi.info