Sumqayıtda quldurluq – 2 nəfər həbs edildi

  • By admin
  • 08 Aprel 2021 17:16

Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinə müraciət edən Kimyaçılar qəsəbə sakini A.Əsgərov aprelin 7-də qəsəbə ərazisində 2 nəfərin onu döyüb mobil telefonunu aldıqlarını bildirib.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Qasımov və A.Səlimli müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Gununsesi.info