Sumqayıtda yaşayış binasında yanğın baş verib

  • By admin
  • 15 Noyabr 2016 22:04

fhn-1

 

Sumqayıtda yaşayış binasında yanğın baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş verib. Nəticədə pilləkən qəfəsində quraşdırılmış 10 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Gununsesi.info