Sumqayıtda yaşayış binasında yanğın: 3 NƏFƏR XƏSARAT ALIB, 30 NƏFƏR TƏXLİYƏ OLUNUB

  • Müəllif: admin
  • 10 Fevral 2017 16:40

yangin

 

Sumqayıtda yaşayış binasında yanğın olub.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın nəticəsində dördmərtəbəli binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik lövhəsində 3 ədəd qoruyucu açar və 2 p.m kabel yanıb. Yanğın zamanı 1 nəfər bədən xəsarəti, 2 nəfər isə tüstüdən zəhərlənmiş halda aidiyyəti üzrə təhvil verilib. Həmçinin 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Gununsesi.info