Suraxanıda ağır yol qəzası baş verib

  • By admin
  • 11 Oktyabr 2016 13:06

eza

Suraxanı rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gününsəsi.info xəbər verir ki, hadisə rayonun Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. “Tayota” markalı avtomobillə “BMW”markalı avtomobil toqquşub. Qəza nəticəsində BMW-də olan sərnişin Ələkbər Hüseynov xəsarətlər alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə yerində yol polis əməkdaşları olublar. Verilən məlumata görə, BMW-nin sürücüsü sola dönmə əməliyyatı edərkən qarşıdan gələn avtomobili gözləməyib. Qəza zamanı yarasız hala düşən avtomobillər cərimə meydançasına aparılıb.

Faktla əlaqədar araşdırmalara başlanılıb.

Gününsəsi.info