Suriya erməniləri Qarabağda yerləşdirilir - Firudin Nəbiyev

  • By admin
  • 20 Sentyabr 2016 16:20

firudin

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev BMT Baş Assambleyasının sessiyası çərçivəsində qaçqın və miqrant axını probleminin aradan qaldırılması mövzusunda keçirilən görüşdə çıxış edib.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, F. Nəbiyev bildirib ki, son illər dünyada münaqişə və böhran zonalarının coğrafi əhatəsinin genişlənməsi həlak olan və öz evlərini tərk etmək məcburiyyətində qalan insanların sayının artmasına gətirib çıxarıb.

Xidmət rəisi qeyd edib ki, Ermənistan tərəfindən ərazisinin işğalına görə Azərbaycan genişmiqyaslı məcburi köçürülmə problemi ilə üzləşib: “Təəssüflə qeyd etməliyik ki, Ermənistan hazırkı qaçqın və miqrant böhranından sui-istifadə edərək, Suriyadan olan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırır. Bu, beynəlxalq humanitar hüququn, ilk növbədə 1949-cu il dördüncü Cenevrə Konvensiyasının və Əlavə Protokollarının kobud surətdə pozulmasıdır”.

F. Nəbiyev onu da bildirib edib ki, son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard dollar həcmində vəsait xərclənib.

Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həll olunması sahəsində səyləri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı və digər təşkilatlar tərəfindən yüksək dəyərləndirilib.

Anar

Gununsesi.info