
ABŞ pilotları özlərini müdafiə etmək məqsədilə Suriya qırıcısını vurmaq üçün bir neçə dəfə icazə istəmişdi.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin generalı Çarls Korkoran deyib.
“Gərginliyi azaltmağa çalışırıq. İŞİD-ə qarşı mübarizə aparmaq üçün Suriyadayıq. Lakin hərbçilərimizi Suriya hökuməti ilə birgə döyüşən qüvvələrdən qoruyacağıq”, – general bildirib.
Qeyd edək ki, təxminən 10 gün əvvəl Suriya rejiminə aid Su-22 qırıcısı ABŞ koalisiyası tərəfindən vurulmuşdu.
Gununsesi.info